2 iyun 2014 12:40
Güləşçilərimiz Dağıstanda daha 2 bürünc medal qazanıblar
Dağıstan Respublikasında 1997-98-ci il təvəllüdlü sərbəst güləşçilər arasında açıq Respublika turniri keçirilib. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandanın üzvləri turnirdə iştirak edib və 2 bürünc medal qazanıb.
Məşqçilər Namiq Quliyev və İsaməddin Hüseynovun rəhbərliyi altında qonşu Respublikaya yollanan güləşçilərimiz 2 bürünc medalla Vətənə qayıdır. 35 kq çəkidə Tofiq Əliyev və 42 kq-da mübarizə aparan Röyal Ağamalıyev fəxri kürsünün üçüncü pilləsində yer alıb. 46 kq çəkidə yarışda iştirak edən Babək Hüseynov isə yarışı 5-ci yerdə tamamlayıb.

(AGF)