2 iyun 2014 15:40
Yeniyetmə yunan-roma güləşçilərimiz Gürcüstanda yarışacaqlar
3-4 iyun 2014-cü il tarixdə Gürcüstanın Mtşxeta şəhərində yunan-roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edəcək.
Məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında turnirə 6 güləşçimiz yollanıb. Heyətdə Bəxtiyar Muradov, Kamran Mirzəliyev (hər ikisi 54 kq), Murad Allahverdiyev, Rüstəm İsayev (hər ikisi 58 kq), İqbal Əliyev və Sərxan Dadaşov (hər ikisi 76 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək. Olimpiya dərəcəli hakim Hicran Şərifov isə, FILA nümayəndəsi kimi yarışın hazırlığına və keçirilməsinə nəzarət edəcək.

(AGF)