30 may 2014 14:28

Gənc güləşçilərimiz Avropa çempionatına hazırlaşırlar

17-22 iyun 2014-cü il tarixdə Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. 

Çempionata hazırlığı davam etdirən sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız Qusar Olimpiya İdman Kompleksində növbəti təlim məşq toplanışındadır. 

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mayın 26-dan təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında heyətdə 24 idmançı yer alıb. Təlimlər iyunun 8-dək davam edəcək. 

Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə, təlimlərə mayın 28-dən başlayıb. Komandanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında heyətdə 21 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.

Gənc qızlardan ibarət yığma komandanın üzvləri isə, iyunun 1-dən Astara Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. Böyük məşqçi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Arif Fərmanov və Filip Monolovun rəhbərliyi altında təlimlərə 17 gənc qız güləşçi cəlb olunub. Təlim-məşq toplanışı iki həftə davam edəcək və iyunun 14-də başa çatacaq.
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.