29 may 2014 13:00
Qadın güləşçilərimiz Belarusda təlim-məşq toplanışında
Qadın güləşi üzrə böyüklərdən ibarət yığma komanda 2014-cü ilin təqvim planına əsasən, qarşıdan gələn yarışlarda iştiraka hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yığma komandanın üzvləri mayın 25-dən Belarusun "Stayki" Olimpiya İdman Kompleksində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır.
Yığma komandanın baş məşqçisi Yaqub Məmmədov və məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 6 güləşçimiz cəlb olunub. Heyətdə Mariya Stadnik, Patimat Baqomedova, Yuliya Ratkeviç, Anjela Doroqan, İrina Netreba və Nadya Sementsova yer alıb.
Təlim-məşq toplanışı iyunun 5-dək davam edəcək. Yığma komandanın üzvləri daha sonra, 6-8 iyun 2014-cü il tarixdə Almaniyanın Dormagen şəhərində keçiriləcək Qran-Pri beynəlxalq turnirində iştirak edəcək.

(AGF)