22 may 2014 17:55

Güləşçilərin daxili transfer qaydaları üzrə təlimat açıqlanıb

İdmançıların klub və məşqçi dəyişikliyi demək olar ki, dünyanın hər yerində və bütün idman növlərində mövcuddur. Azerisport.az xəbər verir ki, bu dəyişikliklər həm ölkədaxili, həm də beynəlxalq səviyyədə həyata keçirilir və hamı tərəfindən qəbul olunmuş qayda və təlimatlarla tənzimlənir. 

Azərbaycan Güləş Federasiyası tərəfindən yunan-Roma, sərbəst və qadın güləşi üzrə idmançıların öz istəyi ilə şəxsi məşqçilərini, o cümlədən mənsub olduqları idman təşkilatlarını dəyişməsi barədə təlimat təsdiqlənib. 

Təlimatın şərtlərinə əsasən, bundan sonra yunan-Roma, sərbəst və qadın güləşi üzrə hər hansı bir idmançının şəxsi məşqçisinin və təmsil etdiyi idman təşkilatının digəri ilə dəyişdirilməsi və keçidi yalnız Azərbaycan Güləş Federasiyasının müvafiq qərarı əsasında həyata keçiriləcək. Bir idman təşkilatından digərinə keçid və məşqçi dəyişdirilməsi icbari qaydada Azərbaycan Güləş Federasiyasına müvafiq sənədlərlə müraciət olunduqdan sonra mümkün olacaq. Bu qaydalara əməl etməyən idmançılar AGF tərəfindən təşkil olunan yarışlara buraxılmayacaq. 

Məşqçi və klub dəyişikliyi üçün müraciət edərkən aşağıdakı sənədlər Azərbaycan Güləş Federasiyasına təqdim edilməlidir: 

1. İdmançının şəxsiyyətini təsdiq edən sənədin surəti;
2. İdmançının anket forması;
3. İdmançının mənsub olduğu ilkin idman təşkilatının keçidə razılıq haqqında yazılı müraciəti və yeni idman təşkilatının idmançının qəbulu haqqında yazılı müraciəti;
4. İdmançının şəxsi məşqçisinin keçidə razılıq haqqında ərizəsi və yeni məşqçinin idmançının qəbulu haqqında ərizəsi;

Bütün sənədlər notarial qaydada təsdiq olunmalıdır. Azərbaycan Güləş Federasiyasına edilən müraciətin təsdiq qərarı növbəti ilin yanvar ayından qüvvəyə minəcək. 

Keçid haqqında müraciət hər təqvim ilinin 01-15 dekabr tarixlərində həyata keçiriləcək və qeyd olunan tarixdən kənar təqdim olunan sənədlər qəbul edilməyəcək. Keçid prosesi Olimpiya Oyunlarına 1 (bir) il qalmış dayandırılacaq, Olimpiya Oyunlarından sonrakı 3 (üç) il ərzində təlimatın tələblərinə uyğun olaraq həyata keçiriləcək.
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.