18 may 2014 15:00

Yeni tarix yazmış güləşçilərimiz Vətənə qayıdıblar

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarında üçüncü yeri tutmuş Azərbaycan yığması Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, dünya üçüncüsü olaraq yeni tarix yazan güləşçilərimizi AGF rəsmiləri, idman ictimaiyyətinin və KİV nümayəndələri qarşılayıblar.
Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandasının məşqçisi Akif Əliyev güləşçilərimizin əldə etdiyi nəticədən razı qaldıqlarını bildirib. O, İran və Ermənistan yığmaları ilə qarşılaşmaya fərqli heyətlərlə çıxılmasının və nəticədə güləşçilərimizin iranlı rəqiblərinə 8:0 hesabı ilə məğlub olmasının səbəbini belə izah edib:

"Bu, baş məşqçinin taktikası idi. O, bütün qüvvəni Ermənistan komandasına saxlamışdı. Çünki, Ermənistan bizim həm rəqibimiz, həm də düşmənimizdir. Ona qalib gəlməliydik. Onu da elədik və 8:0 hesabı ilə qalib gəldik".

Dünya və Avropa çempionu Həsən Əliyev isə bildirib ki, millimizin üzvləri Ermənistan yığması ilə görüşü daha prinsipial hesab edirdilər və yığmanın hər bir üzvü öhdəsinə düşəni layiqincə yerinə yetirdi, 8:0 hesablı qələbə qazandıq. 

Yığmanın üzvü Rəsul Çunayevin sözlərinə görə, millimiz qarşısına qoyduğu məqsədə çatıb. "Bu il hədəfimiz o idi ki, Dünya Kubokundan kubok və medallarla qayıdaq. Buna da nail olduq". 

Qeyd edək ki, güləşçilərimiz Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə eyni qrupda mübarizə aparıb. Güləşçilərimiz ilk görüşdə yerli İran güləşçilərinə məğlub olsa da, daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya (5:3) və Finlandiya (6:2) yığmasını məğlub edərək, qrupda 2-ci yerdə qərarlaşıb və bürünc medal şansı əldə edib. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 hesabı ilə üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və Dünya Kubokunun bürünc medalına sahib olub. 

Bu, yunan-roma güləşi üzrə Dünya Kuboku yarışlarında yığmamızın indiyə qədərki ən uğurlu nəticəsidir. Buna qədər güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı Minskdə və 2012-ci ildə Rusiya Federasiyasının Saransk şəhərində keçirilən analoji yarışda 4-cü yerlə kifayətlənmişdilər.
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.