15 may 2014 22:00

Azərbaycan Ermənistanı darmadağın edib, Koreyaya qalib gəldi

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı start götürüb. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayır.

Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçirilir. Güləşçilərimiz ilk olaraq yerli İran güləşçiləri ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma İran komandasının xeyrinə başa çatıb. Qrupun ikinci görüşündə güləşçilərimiz Ermənistan komandası ilə yarışıb. Bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib və görüş komandamızın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupda 3-cü görüşü Koreya güləşçilərinə qarşı keçirən komandamız 5:3 hesabı ilə qalib gəlib. Güləşçilərimizin qrupda sonuncu görüşü Finlandiya yığmasına qarşı olacaq. Proqrama əsasən, bu görüş mayın 16-da səhər sat 10:00-da baş tutacaq.

I görüş - Azərbaycan - İran 0-8
59 kq - Taleh Məmmədov - Həmid Sorian 1:1*
66 kq - Azad Əliyev - Omid Noroozi 6:7
71 kq - Rüstəm Əliyev - Səid Abdevali 0:9
75 kq - Elvin Mürsəliyev - Farşad Əlizadə 1:7
80 kq - Emin Əhmədov - Həbibulla Əxlaqi 0:3
85 kq - Şəhriyar Məmmədov - Taleb Nemətpur 1:3
98 kq - Araz Həsənov - Mehdi Əliyari 0:2
130 kq - Valera Rodriqes - Bəşir Babacanzadə 0:2             

II görüş - Azərbaycan - Ermənistan 8-0
59 kq - Orxan Əhmədov - Narek Xaçatryan 8:0
66 kq - Həsən Əliyev - Gevorg Sahakyan 8:0
71 kq - Rəsul Çunayev - Rafael Aleksanyan 8:0
75 kq - Elvin Mürsəliyev - Karapet Çalyan 1*:1
 80 kq - Emin Əhmədov - Rafik Manukyan 8:2
85 kq - Şəhriyar Məmmədov - Hrax Hovannisyan 2:0
98 kq - Saman Təhmasibi - Movses Adamyan 6:3
 130 kq - Sabah Şəriəti - Vaçik Yeğiazaryan 4:1
     
III görüş - Azərbaycan - Koreya 5:3
59 kq - Taleh Məmmədov - Gi-uk Çoy 5:0
66 kq - Həsən Əliyev - Han-Su Ryu 2:0
71 kq - Rəsul Çunayev - Ji Hyun Junq 5:0 (tuşe)
75 kq - Elvin Mürsəliyev - Hyeo Vu Kim 3:10
80 kq - Emin Əhmədov - June Hyonq Kim 0:2
85 kq - Şəhriyar Məmmədov - güləşçi yoxdur
98 kq - Saman Təhmasibi - Hak Bon Gu 2:2*
130 kq - Sabah Şəriəti - Yonq Min Kim 3:0

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.