14 may 2014 23:33
Azərbaycan güləşçiləri Qazaxıstan, Belarus və Dağıstanla birgə TMT-də
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız Dağıstanın Mahaçqala şəhərində növbəti təlim-məşq toplanışında iştirak edir. Azerisport.az xəbər verir ki, baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Mahaçqalaya 14 güləşçimiz yollanıb.
Mayın 23-dək davam edəcək təlim-məşq toplanışında Azərbaycan güləşçiləri ilə yanaşı, Qazaxıstan, Belarus və Dağıstan komandalarının üzvləri də iştirak edir.
Təlim-məşq toplanışından sonra güləşçilərimiz 24-25 may tarixlərində Mahaçqalada keçiriləcək Əli Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

(AGF)