14 may 2014 17:33
Dünya Kuboku 2014: Azərbaycan əvvəlcə İran, sonra Ermənistana qarşı
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxıstan komandaları qüvvələrini sınayacaq.
Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. İlk görüşlər yerli vaxtla saat 9.30-da başlayacaq. Güləşçilərimiz əvvəlcə İran, ardınca Ermənistan komandası ilə qarşılaşacaq.
I dövrə - İran - Azərbaycan
II dövrə - Ermənistan - Azərbaycan
III dövrə - sərbəst
IV dövrə - Azərbaycan - Koreya
V dövrə - Azərbaycan - Finlandiya

(AGF)