13 may 2014 13:33
Olimpiadaya lisenziya qazanmış yunan-roma güləşçilərimiz Vətənə qayıdıblar
Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışlarını başa vurmuş yunan-roma güləşi üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.
Çempionatın son iki günündə mübarizə aparan yunan-roma güləşçiləri 2 qızıl və 1 bürünc medal qazanıb. 50 və 69 kq-da finala yüksələn güləşçilərimiz Nanjinqə 2 lisenziyanı da təmin edib.
Yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov yarış təəssüratlarını media nümayəndələri ilə bölüşüb:
"Çempionata ciddi hazırlaşmışdıq. Əsas məqsədimiz yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyalar qazanmaq idi. Buna da nail olduq. Federasiya rəhbərliyi tərəfindən hazırlıqlarımız üçün maksimum şərait yaradılıb. Bildiyiniz kimi, Avropa çempionatlarında yunan-roma güləşi yarışları daha gərgin keçir. Biz də əsas məqsədimiz olan Olimpiya lisenziyalarını qazanmaqla etimadı doğrultmağa çalışdıq. Qarşıda bizi Dünya çempionatı və Olimpiya Oyunları gözləyir. Çalışacağıq ki, orda da qızıl medallar qazanmaqla xalqımızı sevindirək".
Nanjinqə vəsiqəni qızıl medalla qazanan Cabbar Nəcəfov və İslambek Dadov həm Avropa çempionu olduqları, həm də Olimpiya Oyunlarına lisenziya qazandıqları üçün sevindiklərini bildirib, Olimpiya Oyunlarında da eyni uğuru təkrarlamağa çalışacaqlarını qeyd ediblər.

(AGF)