10 may 2014 12:44
Yunan-roma güləşi üzrə Dünya Kuboku yarışının püşkü atılıb
15-16 may 2014-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, yunan-roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.
Artıq FILA prezidenti Nenad Laloviç tərəfindən Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə “B” qrupunda mübarizə aparacaq.
“A” qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxıstan komandaları qüvvələrini sınayacaq.
Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.
Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.

(AGF)