10 may 2014 22:11

YAÇ-2014 beşinci gün: Olimpiya oyunlarına daha 2 lisenziya

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində yunan-roma güləşçiləri mübarizəyə qoşulub.
Xatırladaq ki, bu çəki dərəcələri Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına lisenziya qazandırır. FİLA qaydalarına əsasən hər bir ölkə Olimpiya Oyunlarında 2 çəkidə idmançı ilə iştirak edə bilər. Güləşçilərimiz bu vəzifənin öhdəsindən layiqincə gəlib. 50 və 69 kq-da finala yüksələn güləşçilərimiz Nanjinqə 2 lisenziyanı da təmin edib. 

Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub.

50 kq-da mübarizə aparan Cabbar Nəcəfov finala qədər inamla güləşib. Ardıcıl olaraq Gürcüstan və Ukrayna güləşçilərini məğlub edən təmsilçimiz yarımfinalda erməni rəqibinə də şans verməyib və finala vəsiqə qazanıb. Bununla da güləşçimiz Nanjinq Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Finalda onun rəqibi Türkiyə güləşçisi olub. Rəqibinə şans verməyən güləşçimiz Avropa çempionatının qızıl medalını qazanıb.

58 kq çəkidə güləşçimiz İsrafil Yaqubzadə mübarizəyə Fransa təmsilçisi üzərində qələbə ilə başlasa da, Rusiyalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Rumıniyalı idmançını üstələyib və bürünc medal şansını davam etdirib. Həlledici görüşdə İsrafil Yaqubzadə Ukrayna təmsilçisi ilə qarşılaşıb. Güləşçimiz uduzaraq 5-ci yerlə kifayətlənib.

69 kq çəki dərəcəsində təmsilçimiz İslambek Dadov mübarizəyə 1/16 finaldan başlayıb və ardıcıl olaraq Yunanıstan, Xorvatiya, Belarus və Ukraynadan olan güləşçiləri mübarizədən kənarlaşdırıb. Finala yüksəlməklə güləşçimiz yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanıb. Finalda güləşçimiz Almaniya təmsilçisi ilə qarşılaşıb. Rəqibindən üstün olan güləşçimiz Avropa çempionatının qızıl medalına sahib olub.

85 kq-da mübarizə aparan Soslan Fanziyev Fransa güləşçisi ilə görüşdən qalib ayrılsa da, növbəti mərhələdə Rusiya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı yaradıb. Təsəlliverici görüşlərdə Fanziyev Serbiya və Almaniya təmsilçilərini üstələyib. Həlledici görüşdə onun rəqibi Macarıstan güləşçisi olub. Onu da tam üstünlüklə məğlub edən təmsilçimiz çempionatın bürünc medalını qazanıb.

42 kq
1/8 final - İvaylo Radev (BUL) - Nofəl Babayev 11:2

50 kq 
1/8 final - Coni Xetsuriani (GEO) - Cabbar Nəcəfov 1:9
1/4 final - Oleksandr Qryuşin (UKR) - Cabbar Nəcəfov 5:9
1/2 final - Cabbar Nəcəfov - Vahe Sarksyan (ARM) 2:0
FİNAL - Cabbar Nəcəfov - Uğur Davut Beytekin (TUR) 10:0

58 kq
1/8 final - Zarouri Oussama (FRA) - İsrafil Yaqubzadə 0:9
1/4 final - Arslan Zubairov (RUS) - İsrafil Yaqubzadə 5:2
Təsəlliverici görüş - İrinel Botez Mihai (ROU) - İsrafil Yaqubzadə 1:2
Bürünc medal görüşü - İsrafil Yaqubzadə - Pərviz Nəsibov (UKR) 0:5

69 kq
1/16 final - Kristos Çeiletzaris (GRE) - İslambek Dadov 0:3
1/8 final - Antonio Kamenjasevic (CRO) - İslambek Dadov 3:3* 
1/4 final - İslambek Dadov - Yauheni Lisenka (BLR) 9:0
1/2 final - Elmar Nurəliyev (UKR) - İslambek Dadov 0:3
FİNAL - Karan Mosebax (GER) - İslambek Dadov 2:7

85 kq 
1/16 final - Xalis Qılmanov (FRA) - Soslan Fanziyev 3:9 (tuşe)
1/8 final - Mark Bemalian (RUS) - Soslan Fanziyev 12:4
Təsəlliverici görüş - Jovan Kalaba (SRB) - Soslan Fanziyev 0:8
Təsəlliverici görüş - Soslan Fanziyev - Feliks Kaestner (GER) 8:0
Bürünc medal görüşü - Soslan Fanziyev - Dominik Lajsz (HUN) 9:0
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.