9 may 2014 23:48

YAÇ-2014 dördüncü gün geridə qaldı

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizəyə qoşulub.
Azərbaycan 3 çəki dərəcəsində təmsil olunur. Bu çəki dərəcələri Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına lisenziya qazandırır və hər bir ölkə yalnız 1 güləşçi ilə iştirak edə bilər. Yığma komandamızın üzvləri 2 lisenziya qazanmaqla Nanjiqn Olimpiadasında iştirakı tam təmin ediblər. 

46 kq çəkidə mübarizə aparan Türkan Nəsirova finala qədər keçirdiyi bütün görüşləri qələbə başa vurub və ardıcıl olaraq Macarıstan, Belarus və Moldova güləşçilərini mübarizədən kənarlaşdırıb. Finala yüksələn güləşçimiz Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Çempion olmaq üçün isə, Ukrayna güləşçisini məğlub etmək qalırdı. Rəqibinə şans verməyən Türkan Avropa çempionatının qızıl medalına sahib olub.

52 kq-da Leyla Qurbanova da finala qədər inamlı təsir bağışlayıb və finala yüksəlməklə Olimpiya Oyunlarına lisenziya qazanıb. Bunun üçün o, Finlandiya, Türkiyə və Rusiya güləşçilərini məğlub edib. Finalda güləşçimizin rəqibi Ukrayna təmsilçisi olub. Onu da məğlub edən güləşçimiz Avropa çempionatını qızıl medalla tamamlayıb.

70 kq çəkidə mübarizə aparan Anita Kələntərova ilk görüşündə məğlub olsa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Belarus güləşçisi üzərində qələbə güləşçimizi bürünc medal şansı verib. Həlledici görüşdə onun rəqibi Polşa təmsilçisi olub. Ancaq güləşçimiz uduzaraq çempionatda 5-ci yerlə kifayətlənib. 

46 kq 
1/8 final - Türkan Nəsirova - Bianka Reczi (HUN) 14:4
1/4 final - Türkan Nəsirova - Yuliya Jaunerik (BLR) 8:0
1/2 final - Tatyana Doncila (MDA) - Türkan Nəsirova 2:12
FİNAL -  Maryana Kolos (UKR) - Türkan Nəsirova 1:5

52 kq 
1/8 final - Leyla Qurbanova - Jenna Mari Sihtola (FİN) 11:0
1/4 final - Elif Yanık (TUR) - Leyla Qurbanova 4:15
1/2 final - Alina Kazımova (RUS) - Leyla Qurbanova 4:8
FİNAL - Olena Kremzer (UKR) - Leyla Qurbanova 2:6

70 kq 
1/8 final - Anita Kələntərova - Nikol Amann (GER) 4:6
Təsəlliverici görüş - Anita Kələntərova - Veranika Mastovskaya (BLR) 9:5
Bürünc medal görüşü - Anita Kələntərova - Natalia Strzalka (POL) 1:7
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.