9 may 2014 15:11

Yeniyetmə sərbəst güləşçilərimiz Vətənə qayıdıb

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışlarını başa vuran sərbəst güləş üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar. 

Yeniyetmələrdən ibarət sərbəst güləş komandasının böyük məşqçisi Əsgərxan Novruzov çempionat barədə təəssüratlarını bölüşərkən bunları deyib: 

“Çempionata yaxşı hazırlaşmışdıq. Bu il hədəfimiz Nanjinqdə keçiriləcək Olimpiya Oyunlarına lisenziyalar qazanmaq idi. Buna nail olduq. Yüksək hazırlıq prosesi keçmişdik. Federasiya rəhbərliyi tərəfindən komandanın hazırlığı üçün bütün istəklərimiz nəzərə alınır, dərhal yerinə yetirilirdi. Bu cür diqqətin və qayğının təzahürü də belə olmalıydı. Ümidləri doğrultduğumuz üçün sevincliyik. Güləşçilərimiz də çox yaxşı çıxış etdilər. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiklərinə görə bu nailiyyəti əldə edə bildik. Bütün komanda üzvlərinə təşəkkür edir, güləş azarkeşlərini təbrik edirəm”. 

100 kq çəkidə Avropa çempionu adını qazanan İqbal Hacızadə qələbə sevincini bölüşərkən belə deyib:

"Federasiyamız tərəfindən bizim hazırlığımıza bütün lazımi şərait yaradılıb. Bizdən tələb olunan isə odur ki, qələbələrimizlə etimadı doğruldaq. Biz də var-qüvvəmizlə buna çalışırıq. Qarşıda bizi Dünya çempionatı və ən əsası II Olimpiya Oyunları gözləyir. Hər iki yarışda uğurla çıxış edib, xalqımızı sevindirmək, Azərbaycanımızın bayrağını ucaltmaq əsas məqsədimizdir". 

50 kq-da Avropa çempionatının qızıl medalını qazanan Əfqan Xaşalov yarışı belə təsvir edib:

"4 görüş keçirdim. Hər birini də tam üstünlüklə məğlub etdim. Mənim üçün ən vacib görüş yarımfinal görüşü idi. Rəqibim erməni güləşçiydi. Məşqçilərimin də dəstəyi ilə o görüşü də tam üstünlüklə başa vurdum. Finalda Rusiya güləşçisini də məğlub edib, çempion oldum. Sevinirəm ki, Avropa çempionu oldum və dövlətimizin himnini səsləndirdim, bayrağımızı yüksəltdim". 

Xatırladaq ki, yeniyetmə sərbəst güləş yığmasının üzvləri ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 75 xalla ikinci olub. İlk sırada 88 xalla Rusiya, üçüncü sırada isə 58 xalla Ermənsitan qərarlaşıb.

Qızıl medalları yığmamıza Əfqan Xaşalov (50 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (85 kq) və İqbal Hacızadə (100 kq) qazandırıb. Elvin Namazov (46 kq) gümüş, Ravil Babazadə (69 kq) və Hacımurad Məhəmmədsəidov (76 kq) isə bürünc medala sahib olub. 

Yığmamız Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.