9 may 2014 14:40
AÇ-2014 dördüncü gün: 2 final - 2 lisenziya
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizəyə qoşulub.
Azərbaycan 3 çəki dərəcəsində təmsil olunur. Xatırladaq ki, bu çəki dərəcələri Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına lisenziya qazandırır və hər bir ölkə yalnız 1 güləşçi ilə iştirak edə bilər.
46 kq çəkidə mübarizə aparan Türkan Nəsirova finala qədər keçirdiyi bütün görüşləri qələbə başa vurub və ardıcıl olaraq Macarıstan, Belarus və Moldova güləşçilərini mübarizədən kənarlaşdırıb. Finala yüksələn güləşçimiz Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Çempion olmaq üçün isə, Ukrayna güləşçisini məğlub etmək qalır.
52 kq-da Leyla Qurbanova da finala qədər inamlı təsir bağışlayıb və finala yüksəlməklə Olimpiya Oyunlarına lisenziya qazanıb. Bunun üçün o, Finlandiya, Türkiyə və Rusiya güləşçilərini məğlub edib. Finalda güləşçimizin rəqibi Ukrayna təmsilçisi olacaq.
70 kq çəkidə mübarizə aparan Anita Kələntərova ilk görüşündə məğlub olsa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Belarus güləşçisi üzərində qələbə güləşçimizi bürünc medal şansı verib. Həlledici görüşdə onun rəqibi Polşa təmsilçisi olacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
46 kq
1/8 final - Türkan Nəsirova - Bianka Reczi (HUN) 14:4
1/4 final - Türkan Nəsirova - Yuliya Jaunerik (BLR) 8:0
1/2 final - Tatyana Doncila (MDA) - Türkan Nəsirova 2:12
FİNAL - Maryana Kolos (UKR) - Türkan Nəsirova
52 kq
1/8 final - Leyla Qurbanova - Jenna Mari Sihtola (FİN) 11:0
1/4 final - Elif Yanık (TUR) - Leyla Qurbanova 4:15
1/2 final - Alina Kazımova (RUS) - Leyla Qurbanova 4:8
FİNAL - Olena Kremzer (UKR) - Leyla Qurbanova
70 kq
1/8 final - Anita Kələntərova - Nikol Amann (GER) 4:6
Təsəlliverici görüş - Anita Kələntərova - Veranika Mastovskaya (BLR) 9:5
Bürünc medal görüşü - Anita Kələntərova - Natalia Strzalka (POL)

(AGF)