8 may 2014 00:05

AÇ-2014-ün ikinci günü 2 qızıl, 1 gümüş və 1 bürünc medal

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Xatırladaq ki, bu çəki dərəcələri Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına lisenziya qazandırır. Güləşçilərimiz 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.

Güləşçilərimiz çempionatın ikinci gününü 2 qızıl, 1 gümüş və 1 bürünc medalla tamamlayıb.

46 kq-da mübarizə aparan Elvin Namazov ardıcıl olaraq Makedoniya, Macarıstan və Türkiyədən olan rəqiblərini üstələyib və finala vəsiqə qazanaraq Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Finalda güləşçimiz Rusiya təmsilçisi ilə gərgin keçən görüşdə uduzub və gümüş medalla kifayətlənib.

54 kq çəkidə Mahir Əmiraslanov mübarizəyə Türkiyə təmsilçisi üzərində qələbə ilə başlasa da, Rusiya güləşçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşə qatılıb. Fransa güləşisini məğlub edən Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Ukrayna təmsilçisi ilə gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb.

63 kq-da mübarizə aparan Teymur Məmmədov ardıcıl olaraq İtaliya, Ermənistan, Polşa və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Güləşçimiz Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Çempionluğun bir addımlığında onun son rəqibi Rusiya təmsilçisi olub. Rəqibinə heç bir şans verməyən güləşçimiz tam üstünlüklə qələbə qazanıb və çempionatın qızıl medalına sahib olub.

76 kq çəki dərəcəsində Hacımurad Məhəmmədsəidov Rumıniya və Yunanıstandan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda gürcü rəqibi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq bürünc medal uğrunda həlledici görüşdə alman rəqibindən üstün olan güləşçimiz fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

100 kq-da yığmamızın üzvü İqbal Hacızadə də Nanjinqdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb. Türkiyə, Litva və Polşa güləşçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Finalda Moldovalı rəqibini də məğlub edən İqbal Hacızadə Avropa çempionatının qızıl medalını qazanıb.

46 kq
1/8 final - Elmedin Seyfulau (MKD) - Elvin Namazov 6:6*
1/4 final - Marton Nemeth (HUN) - Elvin Namazov 0:6
1/2 final - Cabbar Duyom (TUR) - Elvin Namazov 12:17
FİNAL - Elvin Namazov - İsmayıl Hacıyev (RUS) 10:12

54 kq
1/8 final - Mahir Əmiraslanov - Rıdvan Özbey (TUR) 4:1
1/4 final - Mahir Əmiraslanov - Əmirxan Quvajokov (RUS) 6:13
Təsəlliverici görüş - Jan Baptiste Miserere (FRA) - Mahir Əmiraslanov 1:6
Bürünc medal görüşü - Mahir Əmiraslanov - Andrey Yatsenko (UKR) 6:8

63 kq
1/16 final - Teymur Məmmədov - T.Çiara (ITA) 12:1
1/8 final - Gevorg Mxeyan (ARM) - Teymur Məmmədov 2:7
1/4 final - Teymur Məmmədov - Lukasz Qrzibovski (POL) 10:0
1/2 final - Muhammed Küçükyıldırım (TUR) - Teymur Məmmədov 0:5
FİNAL - Zaur Tokaev (RUS) - Teymur Məmmədov 0:10

76 kq
1/8 final - Hacımurad Məhəmmədsəidov - M.Marin (ROU) 10:0
1/4 final - Teodoros Kriakidis (GRE) - Hacımurad Məhəmmədsəidov 1:12
1/2 final - Hacımurad Məhəmmədsəidov - Meki Simonia (GEO) 6:7
Bürünc medal görüşü - Yohan Steinfort (GER) - Hacımurad Məhəmmədsəidov 0:10

100 kq
1/8 final - İqbal Hacızadə - Yusuf Oğuzhan (TUR) 10:0
1/4 final - Denis Nedobor (LTU) - İqbal Hacızadə 1:12
1/2 final - Karol Turçinski (POL) - İqbal Hacızadə 8:12
FİNAL - İqbal Hacızadə - Dmitri Ceacusta (MDA) 12:7

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.