AÇ-2014-ün ilk günündə 2 qızıl və 1 bürünc medal
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulub. İlk yarış günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb.
50 kq-da mübarizə aparan Əfqan Xaşalov ardıcıl olaraq bolqar və macar güləşçilər üzərində qələbə qazanıb. Yarımfinalda erməni rəqibi üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Finalda onun rəqibi Rusiya idmançısı olub. Əfqan Xaşalov rəqibinə heç bir şans verməyib və Avropa çempionu adını qazanb.
69 kq çəkidə Ravil Babazadə gürcü və belarus rəqibini məğlub etsə də, yarımfinalda Latviyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda Makedoniya idmançısı ilə qarşılaşıb. 1:7 hesablı qələbə Ravil Babazadəyə bürünc medal qazandırıb.
85 kq çəki dərəcəsində yığmamızın üzvü Şamil Sadullayev də finala qədər maneəsiz irəliləyib. Final yolunda o, ardıcıl olaraq belarus, alman və rus güləşçilərlə mübarizədən qalib ayrılıb. Finalda güləşçimiz Macarıstan təmsilçisinə də heç bir şans veməyib və Avropa çempionatının qızıl medalını qazanıb.
42 kq
1/8 final - Zhurauliou Kiryl(BLR) - İntiqam Vəlizadə 0:8
1/4 final - Valentin Vliasetski (UKR) - İntiqam Vəlizadə 6:2
50 kq
1/8 final - Əfqan Xaşalov - Daniel Ganev(BUL) 10:0
1/4 final - Egyed Balasz (HUN) - Əfqan Xaşalov 0:10
1/2 final - Əfqan Xaşalov - Narek Hovannisyan (ARM) 8:1
FİNAL - Maqomed Badrudinov (RUS) - Əfqan Xaşalov 0:8
58 kq
1/16 final - Pənah İlyaslı - Din- İslam Adziev (RUS) 0:5
69 kq
1/8 final - Ravil Babazadə - Nika Kentchadze (GEO) 4:1
1/4 final - Rustam Malinets (BLR) - Ravil Babazadə 0:10
1/2 final - Alberts Jurcenko (LAT) - Ravil Babazadə 3:2
Bürünc medal görüşü - Gorgi Jovanov (MKD) - Ravil Babazadə 1:7
85 kq
1/8 final - Tsitou Raman(BLR) - Şamil Sadullayev 0:10
1/4 final - İlya Matuhin (GER) - Şamil Sadullayev 1:6
1/2 final - Şamil Sadullayev - Xox Xuqaev (RUS) 7:1
FİNAL - Bendeguz Toth (HUN) - Şamil Sadullayev 0:9
