Naxçıvan Kuboku turnirində Azərbaycan - Ukrayna finalı
Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukrayna komandaları iştirak edir.
"A" yarımqrupunda Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan, "B" yarımqrupunda isə, Naxçıvan, Rusiya, Gürcüstan və Ukrayna komandaları mübarizə aparıb.
“A” yarımqrupu
I dövrə:
Azərbaycan - Türkiyə 8:0
Qazaxıstan - Özbəkistan 8:0
II dövrə:
Azərbaycan - Qazaxıstan 6:2
Türkiyə - Özbəkistan 5:3
III dövrə:
Azərbaycan - Özbəkistan 7:1
Türkiyə - Qazaxıstan 1:7
Yekun:
1. Azərbaycan
2. Qazaxıstan
3. Türkiyə
4. Özbəkistan
“B” yarımqrupu:
I dövrə:
Naxçıvan - Rusiya 1:7
Gürcüstan - Ukrayna 1:7
II dövrə:
Naxçıvan - Gürcüstan 7:1
Rusiya - Ukrayna 4:4*
III dövrə:
Naxçıvan - Ukrayna 4:4*
Rusiya - Gürcüstan 7:1
Yekun:
1. Ukrayna
2. Rusiya
3. Naxçıvan
4. Gürcüstan
Beləliklə, öz yarımqruplarında birinci olmuş Azərbaycan və Ukrayna komandaları finalda qarşılaşacaq. Bürünc medalın taleyi isə, Rusiya və Qazaxıstan yığmalarının görüşündə müəyyənləşəcək.
7-ci yer uğrunda: Özbəkistan - Gürcüstan
5-ci yer uğrunda: Türkiyə - Naxçıvan
3-cü yer uğrunda: Qazaxıstan - Rusiya
Final: Azərbaycan - Ukrayna
Turnirin rəsmi açılış mərasimi 5 may 2014-cü il, 12:00-da baş tutacaq.
İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
Turnir "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanır.
