2 may 2014 16:28
Yeniyetmələrin Avropa çempionatı sərbəst güləşçilərin mübarizəsi ilə başlayacaq
Mayın 6-da Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, yarışda hər 3 güləş növü üzrə yığma komandamızın üzvləri iştirak edəcək.
Çempionatın proqramına əsasən, 6-7 mayda sərbəst, 8-9 mayda isə yeniyetmə qızlar mübarizə aparacaq. Yunan-Roma güləşçiləri isə mayın 10-11-də xalça üzərinə çıxacaq.
Sərbəst güləş yığmamızın heyətində İntiqam Vəlizadə (42 kq), Elvin Namazov (46 kq), Əfqan Xaşalov (50 kq), Mahir Əmiraslanov (54 kq), Pənah İlyaslı (58 kq), Teymur Məmmədov (63 kq), Ravil Babazadə (69 kq), Hacımurad Məhəmmədsəidov (76 kq), Şamil Sadullayev (85 kq) və İqbal Hacızadə (100 kq) yer alıb. Yığmaya böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək.
Yığma komandanın məşqçiləri Həsrət Məmmədyarov və Arif Fərmanovun rəhbərliyi altında yeniyetmə qızların yarışında Ülkər Babayeva (43 kq), Türkan Nəsirova (46 kq), Tatyana Varantsova (49 kq), Leyla Qurbanova (52 kq), Ləman Qurbanova (56 kq) və Anita Kələntərova (70 kq) mübarizə aparacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Sədi Quliyev və İntiqam Alıyev təmsil edəcək. Avropa çempionatı zamanı, həmçinin, Nanjinqdə keçiriləcək Olimpiya Oyunlarını idarə edəcək hakimlər də müəyyənləşəcək.
Məlumat üçün bildirək ki, Avropa çempionatı 25-27 avqustda Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yeniyetmə qızların mübarizəsində 46, 52, 60 və 70 kq, sərbəst güləşçilərin mübarizəsində 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşçilərinin yarışında isə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələri lisenziya qazandıracaq. Xatırladaq ki, Olimpiya Oyunlarında hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər.

(AGF)