1 may 2014 13:00

Cəbrayıl Həsənov Night of Champions turnirində iştirak edəcək

7 may 2014-cü il tarixdə ABŞ-ın Nyu-York şəhərində sərbəst və qadın güləşi üzrə "Night of Champions" ("Çempionlar gecəsi") beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, bu il beşinci dəfə təşkil olunacaq "Night of Champions" beynəlxalq yoldaşlıq görüşü dünyada güləş idman növünə olan marağın artırılması və güləş idman növünün populyarlaşması məqsədi daşıyır. 

ABŞ və Dünya yığma komandaları (USA Stars vs World All-stars) arasında keçiriləcək yoldaşlıq görüşündə Azərbaycan güləşçisi də iştirak edəcək. Dünya yığmasının tərkibində ölkəmizi sərbəst güləş üzrə yığma komandamızın üzvü Cəbrayıl Həsənov təmsil edəcək. 

Güləşçimizin çıxış edəcəyi 74 kq çəki dərəcəsində rəqibləri Kazan Universiadasının bürünc mükafatçısı (2013) David Taylor və London Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Dünya çempionu (2011, 2013) Jordan Borroughs ola bilər. 

Xatırladaq ki, Cəbrayıl Həsənov Avropa çempionatının ikiqat çempionu (2010, 2011), iki dəfə gümüş mükafatçısı (2009, 2014), Kazan Universiadasının gümüş medalçısı (2013), Dünya çempionatının iki dəfə bürünc mükafatçısı (2010, 2011), Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin ikiqat qalibi (2010, 2011) və bürünc (2013) medalçısıdır. 
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.