23 aprel 2014 00:28

AGF Kuboku başa çatdı, Azərbaycan komanda hesabında birinci oldu

Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edir. 

Turnirin proqramına əsasən, ilk gündə yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizə aparıb. Güləşçilərimiz ilk gündə 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.

Turnirin ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında yarışlar keçirilib. 106 pəhləvanın mübarizə apardığı yarış günündə güləşçilərimiz 6 qızıl, 4 gümüş və 5 bürünc medala yiyələniblər. Komanda hesabında yığmamız ilk sırada qərarlaşıb. Gürcüstan ikinci, Türkiyə güləşçiləri üçüncü olub.

Turnirin üçüncü günündə sərbəst güləş üzrə yeniyetmə güləşçilər mübarizəyə qoşulub. 70 pəhləvanın mübarizə apardığı yarışda güləşçilərimiz 6 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləş üzrə yeniyetmə yığmamız birinci olub. Gürcüstan ikinci, Macarıstan üçüncü sırada qərarlaşıb.

Turnirin son günündə sərbəst güləş üzrə gənclər arasında yarışlar keçirilib. Yarışların son günündə 132 pəhləvan mübarizə aparıb. Güləşçilərimiz 4 qızıl, 6 gümüş və 8 bürünc medal qazanaraq komanda hesabında birinci sırada qərarlaşıb. İkinci yeri İran, üçüncü yeri isə Qazaxstan komandası tutub.
 
50 kq 
1/2 final
Emre Demircan (TUR) - Azamat Toibek (KAZ) 3:4
Makhmudjon Shavkatov (UZB) - Khivela Guhvamani (IRI) 10:2

FİNAL - Azamat Toibek (KAZ) - Makhmudjon Shavkatov (UZB) 16:13
Bürünc medal görüşü - Arif Hüseynov - Emre Demircan (TUR) 8:11
Bürünc medal görüşü - Fərid İsmayılov - Khivela Guhvamani (IRI) 8:6
55 kq 
1/2 final
Ruslan Qasımov - Ramaz Darchidze (GEO) 13:3
Zokir Mansurov (UZB) - Mircəlal Həsənzadə 2:7

FİNAL - Ruslan Qasımov - Mircəlal Həsənzadə 5*:5
Bürünc medal görüşü - Məhəmməd Abdullayev - Ramaz Darchidze (GEO) 2:8
Bürünc medal görüşü - Vladimir Kudrin (KAZ) - Zokir Mansurov (UZB) 15:10
60 kq 
1/2 final 
Vurğun Əliyev - Ruslan Abdullayev 10:6
Cahid Həsənzadə - Shota Phartenadze (GEO) 11:1

FİNAL - Vurğun Əliyev - Cahid Həsənzadə 11:3
Bürünc medal görüşü - Giorgi Bregadze (GEO) - Ruslan Abdullayev 8:13
Bürünc medal görüşü - Movtaza Gerasichera (IRI) - Shota Phartenadze (GEO) 3:2
66 kq 
1/2 final 
Elvin Xıdırov - Coşqun Əzimov 0:5
Murad Süleymanov - Avtandil Kentchadze (GEO) 10:0

FİNAL - Coşqun Əzimov - Murad Süleymanov 0:10
Bürünc medal görüşü - Surkho Rashitkhanov (BLR) - Elvin Xıdırov 10:3
Bürünc medal görüşü - Gitinomaqomed Hacıyev - Avtandil Kentchadze (GEO) 10:0
74 kq 
1/2 final 
Jamvan Gasampeov (IRI) - Kənan Əliyev 4:3
Hacımurad Ömərov - Aleksandr Goltsman (KAZ) 12:2

FİNAL - Jamvan Gasampeov (IRI) - Hacımurad Ömərov 2:7
Bürünc medal görüşü - Abdurasul Vahabov (UZB) - Kənan Əliyev 0:2
Bürünc medal görüşü - Elçin Məmmədov - Aleksandr Goltsman (KAZ) 5:0
84 kq 
1/2 final 
İrakli Mitsiturli (GEO) - Mojtaba Goleij (IRI) 0:2
Məhəmməd Abdulxaliqov - Marat Kodokhov (RUS) 4:2

FİNAL - Mojtaba Goleij (IRI) - Məhəmməd Abdulxaliqov 7:5
Bürünc medal görüşü - Esmaeli Mahmoudikotlar (IRI) - İrakli Mitsiturli (GEO) 10:8
Bürünc medal görüşü - Nurməhəmməd Hacıyev - Marat Kodokhov (RUS) 9:1
96 kq 
1/2 final 
Səid Həmidov - Vadzim Sherhanov (BLR) 12:2
Hossein Shabary Gzoov (IRI) - Çermen Baqayev 14:12

FİNAL - Səid Həmidov - Hossein Shabary Gzoov (IRI) 2:5
Bürünc medal görüşü - Maqomedxan Maqomedov (RUS) - Vadzim Sherhanov (BLR) 3:0
Bürünc medal görüşü - Turxan Qurbanov - Çermen Baqayev 4:4*
120 kq 
 

1. Yunus Emre Dede (TUR)
2. Oyan Nazariani 
3. Toğrul Cavadlı
Komanda hesabı:
1. AZƏRBAYCAN
2. İran 
3. Qazaxstan
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.