20 aprel 2014 00:16

AGF Kubokunda ilk gün: 6 qızıl, 7 gümüş və 7 bürünc medal

Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, turnirin rəsmi açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Mirkamil Rəhimov son illər Azərbaycanda idmanın sürətli inkişafda olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi, cari ildə Azərbaycanda idmanın güləş, gimnastika, taekvondo, atletika, cüdo və digər növləri üzrə irimiqyaslı turnirlər keçiriləcəkdir. Bu gün açılış mərasiminə toplaşmış bütün iştirakçılara uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov qeyd edib ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib. Baş katib yarışın əhəmiyyətini yüksək qiymətləndirib, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışmışdır. O, idmanın bu növünün respublikamızda daim inkişafda olduğunu diqqətə çatdırıb.

 Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edirlər. Turnirin proqramına əsasən, ilk gündə yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizə aparıblar. Yeniyetmə yunan-Roma güləşçilərinin yarışında 100-dək idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Güləşçilərimiz ilk gündə 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.

42 kq
FİNAL  - Zaur Nuriyev - Elşad Məmmədov 3:1
Bürünc medal görüşü - İrakli Dzimistarişvili (GEO) - Fatih Arslan (TUR) 8:2
Bürünc medal görüşü - Ramin İsrailov - Kerem Kamal (TUR) 4:7

46 kq
FİNAL - Seymur Hüseynov - Mustafa Kalavi (IRI) 13:7
Bürünc medal görüşü - George Mepishvili (GEO) - Rəşad Abdulov 2:4
Bürünc medal görüşü - Ozan Tanga (TUR) - Nofəl Babayev 11:2

50 kq
FİNAL - Elgün Hüseynzadə - Kənan Cəfərov 3:1
Bürünc medal görüşü - Avazci Dogush (TUR) - Sahil Nadirli 3:4
Bürünc medal görüşü - Xancavad Məcidzadə - Beytekin Ugur (TUR) 14:6

 

54 kq
FİNAL - Meysam Dalkhani (IRI) - Orxan Ağamalıyev 1:1
Bürünc medal görüşü - Romani Lominadze (GEO) - Bəxtiyar Muradov 6:1
Bürünc medal görüşü - Ozturk Ekrem (TUR) - Kamran Mirzəliyev 9:0

58 kq
FİNAL - İsrafil Yaqubzadə - Ömer Murat Fırat (TUR) 0:5
Bürünc medal görüşü - Rafig Davudov - Eftehari Moghaddam (IRI) 5:13
Bürünc medal görüşü - Hosseini Mohammad H (IRI) - Rustam Isayev 3:0


63 kq
FİNAL - Lado Shavadze (GEO) - Arif Niftullayev 2:1
Bürünc medal görüşü - Haji Karakush (TUR) - Ülvi Qənizadə 2:10
Bürünc medal görüşü - Lakatos Tomas (HUN) - Alikasim Tashdemir (TUR) 0:8

69 kq
FİNAL  - Tuncay Vəzirzadə - İslambek Dadov 0:4
Bürünc medal görüşü - Szel Balazs (HUN) - Ramazi Kvetenadze (GEO) 2:1
Bürünc medal görüşü - Nurlan Məmmədov - Murat Ozjan (TUR) 2:0

76 kq
FİNAL - İqbal Əliyev - Nicat Abdullayev 8:0
Bürünc medal görüşü - Ömər Məmmədov - Rəşad Mustafayev 0:5
Bürünc medal görüşü - Salih Aydin (TUR) - Dogukhan Kuru (TUR) 4:2

85 kq
FİNAL - Dominik Lajsz (HUN) - Bilal Enes (TUR) 3:1
Bürünc medal görüşü - Abbas Əliyev - Soslan Fanziyev 0:8
Bürünc medal görüşü - Oguzcan Karabulut (TUR) - Hamed Ahmadzadeh (IRI) 10:6

100 kq
FİNAL  - Cavid Feyziyev - Cemaleddin Akbiyik (TUR) 5:3
Bürünc medal görüşü - Hamidreza Karimikehi (IRI) - Robert Ersek (HUN) 4:4
Bürünc medal - Georgi Marshania (GEO)

Komanda hesabı

1. AZƏRBAYCAN
2. Türkiyə
3. İran

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.