8 aprel 2014 18:00

Elnur Məmmədli Toğrul Əsgərova dəstək oldu: Toğrula dəstək lazımdır

Cüdo üzrə olimpiya çempionu, ikiqat Avropa çempionu Elnur Məmmədli azerisport.az saytına müsahibəsində güləşçi Toğrul Əsgərovun Finlandiyada keçirilən Avropa çempionatında məğlubiyyətini şərh edib.
Məmmədlinin sözlərinə görə Toğrulun məğlubiyyəti onun üçün gözlənilməz olub: "Toğrul Əsgərov dünyanın ən güclü güləşçilərindən biridir. Finlandiyada onun uğur qazanacağına ümidim var idi. Sadəcə, unutmaq olmaz ki, çəkisini dəyişəndən sonra bir qədər zaman lazım olur. Məhz bu məqama görə narahatlıq keçirirdim. Toğrulun ilk görüşdə uduzması məni də üzdü. Bununla belə onun tezliklə bizi yeni qələbələrlə sevindirəcəyinə inanıram".

Elnur Məmmədli məğlubiyyətdən sonra Toğrul Əsgərovun dəstəyə ehtiyacı olduğunu söyləyib: "Hər bir idmançı nə vaxtsa məğlub olur. Bu, bir növ dərs olur. İndi Toğrul səhvlərini başa düşəcək. Mən istərdim, biz hamımız ona dəstək olaq. Qələbə zamanı hamı yanında olurdu. Əsl dostlar və onu sevənlər indi özünü göstərməlidir. Toğrul yalnız olimpiadada qələbə qazanmayıb. O, dünya çempionatında gümüş, Avropa çempionatında qızıl qazanıb. Bu qədər uğur təsadüf ola bilməz. Deməli, o səviyyəli və güclü idmançıdır. Finlandiyadan əvvəl bir müddət çıxış etməyib. Ən vacib isə çəkisini dəyişdirməsidir. İdmançılar bizi başa düşər. Çəki dəyişən zaman yeni rəqiblərə öyrəşmək lazımdır. Bir müddət narahatlıq ola bilər. Xalqımız hər zaman ondan qızıl medal gözləyir. Amma uğursuzluq zamanı da onun yanında olmaq gərəkdir. Bu gün biz ona dəstək olmalıyıq ki, Toğrul gələcəkdə də bizi sevindirsin".

Veteran cüdoçu güləşçinin yaxın zamanlarda yeni qələbələrlə bizi sevindirəcəyinə əminlik bildirdi. Onun fikrincə, Avropa çempionatında məğlubiyyət Əsgərova yaxşı mənada təsir göstərəcək: "Belə məğlubiyyət idmançıya həyata və karyerasına yenidən baxmağa məcbur edir. Toğrul məsuliyyəti dərk edəcək. Müəyyən zaman lazımdır. Bundan sonra o yenidən mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəldəcək. Bir məqamı qeyd etmək istərdim. Toğrul başa düşürdü ki, hamı ondan uğur gözləyir. Bu özü də bəzən idmançını təzyiq içində saxlayır".

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.