6 aprel 2014 15:33
Baku Fires yarımfinalı da Qubada keçirəcək
"Baku Fires" klubu Ümumdünya boks seriyasında yarımfinal görüşünü də Qubada keçirəcək. Azerisport.az xəbər verir ki, aprelin 25-də komandamız Qazaxıstanda "Astana Arlans"ın qonağı olacaq.
Cavab görüşü mayın 2-də Qubada baş tutacaq.
Qeyd edək ki, reqlamentə əsasən, final görüşləri mayın 30-u və 31-də keçiriləcək. Ümumdünya boks seriyası final görüşlərini keçirmək üçün Rusiya və Azərbaycana müraciət edib. Hələlik, finalın harada keçiriləcəyi müəyyənləşməyib.