6 aprel 2014 14:12

AGF türkiyəli hakimdən şikayət edəcək

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Avropa Çempionatında Həsən Əliyevin (66 kq) iştirakı ilə keçirilən final görüşünün hakimi Levent Şendən şikayət edəcəklərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, türkiyəli referinin idmançımızı qızıl medaldan etdiyini vurğulayıb:

"Hakimin anlaşılmaz qərarları Azərbaycanın daha bir medal qazanmasını əngəllədi. Onun ən absurd qərarı isə sona 3 saniyə qalmış güləşçimizə xəbərdarlıq etməsi oldu. Adam Kurak məhz bunun sayəsində qələbə qazandı. Buna görə türkiyəli hakimdən rəsmi qaydada şikayət edəcəyik. Bütün faktları topladıqdan sonra beynəlxalq federasiyaya müraciət edəcəyik. Türkiyə Güləş Federasiyasının prezidenti Həmzə Yerlikaya ilə gözəl münasibətlərim var. O da mənimlə söhbətində bildirdi ki, Şenin qərarlarından narazıdı və onu diskvalifikasiya edəcək. Ötən gün görüşdən sonra, həmçinin bu gün Türkiyədən ona yaxın tanış zəng edib və Leventin idarəçiliyindən təəccübləndiklərini bildirib. Təəssüf ki, Azərbaycanın AÇ-də növbəti qızıl medal qazanması türkiyəli hakimin günahı ucbatından mümkün olmadı".

Maraq üçün qeyd edək ki, bu gün həmin hakimin cəzalandığı və son günün görüşllərində idarəçilik etməyəcəyi müəyyənləşib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.