6 aprel 2014 20:50

Azərbaycan AÇ-2014-ü 10 medalla başa vurdu

Bu gün Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatına yekun vurulur. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 71, 75, 80 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 

71 kq-da yarışan Rəsul Çunayev 1/8 finalda Sergey Mironovla (Latviya) güləşib və 8:0 hesabıyla üstün olub. 1/4 finalda o, türkiyəli Yunus Özelə də 9:1 hesabıyla qalib gəlib. Yarımfinaldakı rəqib Ukrayna təmsilçisi Armen Vardanyan olub. Amma ona da qalib gələn (9:0) Çunayev adını finala yazdırıb. Həlledici görüşdə Tamaş Lorintsaya (Macarıstan) uduzan Rəsul gümüş medalla kifayətlənib.

75 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev 1/8 finalda Aleksandr Çekirkini (Rusiya) mübarizədən kənarlaşdırmalıydı. Lakin Elvin 1:9 hesabıyla uduzub. Çekirkin finala qədər irəlilədiyindən Mürsəliyev təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Onun bürünc medal yolunda ilk rəqibi Mateuş Volnı (Polşa) olub. Polşalını 3:2 hesabıyla yenən Mürsəliyev son görüşdə də Laslo Şabonu (Macarıstan) məğlub edib və bürünc medala sahib çıxıb.

Rafiq Hüseynov (80 kq) 1/8 finalda Ukrayna təmsilçisi Aleksandr Şişmanla qarşılaşıb və 2:8 hesabıyla uduzub. Şişman növbəti mərhələdə uduzduğundan Rafiqin təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.

Saman Təhmasibi (85 kq) də 1/8 finalda litvalı Laymutis Adomaytisə məğlub olub - 3:8. Litvalı güləşçi finala çıxa bilmədiyindən, Təhmasibinin bürünc medal qazanmaq istəyi də baş tutmayıb.

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-ün əvvəlki günlərində 8 medal qazanmışdı.

Qadın güləşində Mariya Stadnik (48 kq) qızıl, İrina Netreba (58 kq) gümüş medala yiyələnib.

Sərbəst güləş yarışlarında Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) Avropa çempionu olub, Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.

Yunan-roma güləşində isə Həsən Əliyev (66 kq) gümüş, Kamran Məmmədov (59 kq) bürünc medal qazanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.