5 aprel 2014 21:10

Əliyev gümüş, Məmmədov bürünc medal qazandı

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 59, 66, 98 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

59 kq-da mübarizə aparan Kamran Məmmədov 1/8 finaldan Mixail Novakla (Çexiya) qarşılaşıb və 5:0 hesabıyla üstün olub. 1/4 finalda onu moldovalı Viktor Ciobanu ilə duel gözləyirdi. Təəssüf ki, Məmmədov bu dəfə məğlubiyyətlə üzləşib - 2:3. Amma moldovalı güləşçi finala çıxdığından Kamran təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanıb. Bürünc medal yolunda o, öncə Almaniya təmsilçisi Menekse ilə dueldən qalib ayrılıb - 5:2. Bürünc medal uğrunda həlledici görüşdə isə idmançımız türkiyəli Rahman Bilici ilə qarşılaşıb. 9:8 hesablı çətin qələbə qazanan Məmmədov komandamızın hesabına daha bir medal yazdırıb.

1/16 finaldan mübarizəyə başlayan Həsən Əliyev (66 kq) startda Marius Tommeseni (Norveç) 8:0 hesabıyla yenib. 1/8 finalda almaniyalı Frank Steablerlə üz-üzə gələn Əliyev onu da 9:0 hesabıyla mübarizədən kənarlaşdırıb. 1/4 finalda Vladimiros Matiasa da 8:1 hesabıyla qalib gələn təmsilçimiz yarımfinala yüksəlib. Finala çıxmaq üçün Həsən polşalı David Kareçinskini məğlub etməliydi. Güləşçimiz ona da 6:0 hesabıyla qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada rəqib rusiyalı Adam Kurak olub. Təəssüf ki, güləşçimiz bu görüşdə uduzaraq, gümüş medalla kifayətlənməli olub.
 
98 kq çəki dərəcəsində yarışan Şalva Qadabadze də 1/16 finaldan mübarizəyə başlayıb. Amma təəssüf ki, o, Hrabovik Aliksandra (Belarus) 0:2 hesabıyla uduzub.

130 kq-da çıxış edən Sabah Şəriəti 1/8 finalda Heiki Nabi (Estoniya) ilə qarşılaşıb və 4:3 hesabıyla qalib gəlib. Lakin 1/4 finalda Yohan Maqnus (İsveç) Şəriətiyə qalib gələrək onun yolunu kəsib.

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 6 medal qazanıb. Mariya Stadnik (48 kq), Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.