3 aprel 2014 12:28
Yığmamızın bir üzvü AÇ-də medal qazanmaq şansını itirdi
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 74 və 125 kq sərbəst, 55 və 69 kq qadın güləşçilər mübarizə aparır.
Azərbaycan güləşçiləri bu gün hər 3 çəki dərəcəsində təmsil olunacaqdılar. Lakin onlardan biri üzücü səbəbdən yarışa qatıla bilməyib. Bu, 69 kq çəki dərəcəsində mübarizə aparan Nadya Sementsovadı. Onun ayağında ağrılar olduğundan 1/8 finalda qarşılaşacağı Svetlana Saenko (Moldova) ilə görüşə çıxmayıb. Nəticədə, rəqibi texniki qələbə alaraq mərhələ adlayıb.
