2 aprel 2014 01:20
Mariya Stadnik: Qələbə qazanmaq xoşuma gəlir
Finlandiyada keçirilən güləş üzrə Avropa Çempionatının qızıl medalına sahib çıxan Azərbaycan yığmasının üzvü Mariya Stadnik (48 kq) bu uğuru ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində 4 qat Avropa çempionumuz bunları söyləyib:
"Çox şadam ki, yenidən Avropa Çempionatında qalib oldum. Bu, mənim dördüncü belə uğurumdu. Qələbə qazanmaq xoşuma gəlir. Yığmamızın heyətində qızıl medal qazanan ilk idmançı oldum. Ümidvaram ki, mən yığmamızın digər üzvləri üçün də bir stimul oldum. Bir növ yığma komandanın talismanına çevrildim. Hazırda mənim sadəcə Olimpiya çempionluğum yoxdu. Avropa çempionluğu bu yolda mənim üçün növbəti addım oldu".
