2 aprel 2014 22:09

Hacı Əliyev də Avropa çempionu oldu!

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıb.

57 kq-da mübarizə aparan Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə qarşılaşıb. Güləşçimiz 6:5 hesabıyla öndə olsa da, rəqibi uğurlu fənd işlədərək təmiz qələbə qazanıb. Tulbea finala qədər irəlilədiyindən Qalib üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Amma o, erməni Qarik Barseqyana uduzaraq (1:4) bu şansdan da yararlana bilməyib.

61 kq-da çıxış edən Hacı Əliyev 1/8 finalda Aleksandr Semisorov (Almaniya) ilə qarşılaşıb və 14:4 hesabıyla inamlı qələbə qazanıb. 1/4 finalda isə güləşçimiz gürcüstanlı Beka Lomtadzeyə 12:6 hesabıyla qalib gəlib. Yarımfinalda ukraynalı Vasili Şuptar da idmançımızla bacarmayıb və 9:7 hesabıyla qalib gələn Əliyev finala yüksəlib. Həlledici görüşdə Hacının rəqibi rusiyalı Bekxan Qoyqerev olub. Pəhləvanımız final görüşündə də 12:5 hesabıyla qalib gələrək Avropa çempionu adını qazanıb.

Qadın güləşçilərimizdən Patimat Baqomedova (53 kq) 1/8 finalda Laura Mertensə (Almaniya) 7:2 hesabıyla qalib gəlib. Amma 1/4 finalda güləşçimiz Yunanıstandan olan Mariya Prevolarakiyə uduzub. Rəqib finala qədər irəliləyə bildiyi üçün Baqomedova üçüncü yer uğrunda mübarizə aparmaq hüququ qazanıb. Bu yolda Patimatın ilk rəqibi italiyalı Françeska Mori olub. 10 hesabıyla qalib gələn Baqomedova rumıniyal Anoy Paval ilə qarşılaşmalı olub. Təəssüf ki, bu görüşdə uduzan güləşçimiz bürünc medal şansını da əldən verib.

60 kq-da yarışan Yuliya Ratkeviç isə 1/8 finalda Macarıstan təmsilçisi Ramana Qalamboşu 6:2 hesabıyla üstələyib. Lakin 1/4 finalda təmsilçimiz Mustafa Yuseynə (Bolqarıstan) məğlub olub - 4:8. Bolqar idmançı finala çıxa bilmədiyindən Ratkeviçin medal qazanmaq şansı heçə enib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.