1 aprel 2014 17:55
8 güləşçimiz ilk onluqda!
FİLA sərbəs güləş üzrə növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ilk onluqda Azərbaycanın 8 güləşçisi yer alıb.
97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov ikincidi. Hacı Əliyev (61 kq) üçüncü, eyni çəki dərəcəsindəki digər təmsilçimiz Əhmədnəbi Qvarzatilov beşincidi. Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) beşincidisə, Həmzət Osmanov (86) altıncı, Ruslan Dıbırhacıyev (70 kq) isə səkkizincidi. Məhəmməd Müslümov da (65) 10-cu yerdə gedir.
