1 aprel 2014 23:06

Stadnik AÇ-nin qalibi oldu, Netreba və Qazyumov finalda uduzdu

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə aparır.

65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov 1/8 finalda Borislav Noviçkovla qarşılaşıb. Güləşçimiz 4:0 öndə olsa da, sonda 5:13 hesabıyla uduzub. London Olimpiadasından sonra 19 ay yarışlarda iştirak etməyən Toğrul, görünür, AÇ-yə lazımı dərəcədə hazırlaşmayıb. Noviçkov yarımfinalda mübarizəni dayandırdığından, Əsgərovun təsəlliverici döyüşlərə qatılması da mümkün olmayıb.

97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov 1/8 finalda Belarusdan olan İvan Yankovski ilə üz-üzə gəlib və rəqibini 7:0 hesablı üstünlüklə yenib. 1/4 finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olub. Güləşçimiz bu rəqibini də 6:2 hesabıyla yenərək yarımfinala yüksəlib. Bu mərhələdə Ukrayna təmsilçisi Pavel Oleynik üzərindəki qələbə (4:0) Qazyumovu finala çıxarıb. Həlledici qarşılaşmada Xetaqın rəqibi rusiyalı Əbdülsalam Qədisov olub. Qazyumov finalda 1:5 hesabıyla uduzaraq gümüş medalla kifayətlənib.

Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabıyla üstün olub. 1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşlə qarşılaşıb, 10:0 hesabıyla qələbə qazanıb. Yarımfinalda rumıniyalı Maqdalina Linquraraya da qalib gələn güləşçimiz finala yüksəlib. Rəqib isə ukraynalı Natalya Pulkovska olub. Sonuncu rəqibini də inamlı şəkildə məğlub edən (11:0) güləşçimiz dördüncü dəfə Avropanın ən güclüsü adını qazanıb.

58 kq-da mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa 1/4 finaldan qoşulacaq və onun rəqibi bolqarıstanlı Viktoriya Bobeva olub. Netreba 8:4 hesabıyla qalib gələrək yarımfinala çıxıb. İdmançımızı finala vəsiqə uğrunda belaruslu Anastasiya Puçokla mübarizə aparıb və ona da qalib gəlib - 6:1. Finalda Netrebanın rəqibi Valeriya Jolobova (Rusiya) olub. Təəssüf ki, Stadnikdən fərqli, Netreba həlledici görüşdə uduzub (0:5) və gümüş medalla kifayətlənməli olub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.