31 mart 2014 14:56
Azərbaycan yığmasının 4 üzvü AÇ-nin favoritləri arasında
1-6 aprel 2014-cü il tarixdə Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yığmamız artıq Finlandiyadadı.
Bu arada FİLA-nın rəsmi saytı bu AÇ-nin favoritlərini açıqlayıb. Onlardan biri sərbəst güləş yığmamızın üzvü Toğrul Əsgərovdu (65 kq). Olimpiya çempionumuza öz çəki dərəcəsində əsas rəqib kimi erməni David Səfəryan və rusiyalı Məhəmməd Qurbanəliyev göstərilir.
AÇ-nin favoritləri arasında daha üç azərbaycanlı güləşçi var. Bunlar Xetaq Qazyumov (97 kq), Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviçdi (60 kq).
