28 mart 2014 00:40
Güləş yığmalarımızın mətbuat üçün açıq məşqi
1-6 aprel 2014-cü il tarixdə Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Azerisprot.az xəbər verir ki, məşqçilər korpusu tərəfindən çempionatda iştirak edəcək sərbəst, yunan-roma və qadın güləşi üzrə yığma komandaların heyəti artıq müəyyənləşdirilib.
Martın 28-i 11.00-da Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-roma güləşi üzrə yığma komandaların mətbuat üçün açıq məşqi keçiriləcək.
Bütün KİV nümayəndələri dəvətlidir!

(AGF)