24 mart 2014 11:11

Güləşçilərimiz Bolqarıstandan 20 medalla qayıdır

Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə sərbəst, yunan-roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edib. 

Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 3 gümüş medala sahib olub. 

Gənc qızların yarışında Solmaz Həşimzadə (55 kq) bütün rəqibləridən üstün olub və turnirin qızıl medalını qazanıb. Türkan Nəsirova (44 kq) isə gümüş medalla kifayətlənib. 

Yunan-roma güləşçilərimiz də turnirin ilk günündə inamlı təsir bağışlayıb. Ən ağır çəkidə təmsilçimiz Hacımurad Çöpsiyev (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala, Orxan Məmmədli isə (66 kq) final görüşünü uduzaraq gümüş medala sahib olub. 

Sərbəst güləşçilərin mübarizəsində Səid Həmidov (96 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnib. 

Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş turnirin ikinci günü güləşçilərimiz ümumilikdə 3 qızıl və 4 bürünc medala sahib olublar. 

Gənc qızların mübarizəsində Raqnetta Qurbanzadə (67 kq) və Şəfəq Muradzadə (48 kq) bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar. 

Yunan-roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (60 kq) və Hacımurad Bağmanov (74 kq) bürünc medal əldə edib. 

Sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev (84kq) qızıl medal qazansa da, Mircəlal Həsənzadə (55kq) və Abdulmuslim Muxuddinov (66kq) bürünc medalla kifayətlənib. 

Turnirin son günündə güləşçilərimiz 1 qızıl, 1 gümüş və 6 bürünc medala yiyələnib. 

Gənc qızların yarışında Elmir Qəmbərova (63 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb və bürünc medala sahib olub. 

Yunan-roma güləşi yarışlarında Murad Məmmədov (55 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Orxan Nuriyev (96 kq) yalnız finalda görüşündə uduzub və gümüş medalla kifayətlənib. İslam Abbasov (84 kq) və Türmən Eyyubov isə bürünc medal qazanıb. 

Sərbəst güləşçilərimiz isə turnirin son günündə 3 bürünc medal qazanıb. Arif Hüseynov (50 kq), Cahid Həsənzadə  və Vurğun Əliyev (hər ikisi 60 kq) fərqlənib.  

Beləliklə, güləşçilərimiz üç gün davam edən turniri 6 qızıl, 4 gümüş və 10 bürünc medalla tamamlayıb. Onlardan 3 qızıl, 1 gümüş və 1 bürünc medal gənc qızların, 2 qızıl, 2 gümüş və 4 bürünc medal isə yunan-roma güləşçilərinin payına düşür. Sərbəst güləşçilər isə 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. 
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.