23 mart 2014 13:13
Güləşçilərimiz Bolqarıstanda uğurla yarışır
Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, turnirdə sərbəst, yunan-roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edir.
Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 3 gümüş medala sahib olub.
Gənc qızların yarışında Solmaz Həşimzadə (55 kq) bütün rəqibləridən üstün olub və turnirin qızıl medalını qazanıb. Türkan Nəsirova (44 kq) isə gümüş medalla kifayətlənib.
Yunan-Roma güləşçilərimiz də turnirin ilk günündə inamlı təsir bağışlayıb. Ən ağır çəkidə təmsilçimiz Hacımurad Çöpsiyev (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala, Orxan Məmmədli isə (66 kq) final görüşünü uduzaraq gümüş medala sahib olub.
Sərbəst güləşçilərin mübarizəsində Səid Həmidov (96 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Kənan Əliyev (74 kq) və Çermen Baqayev (96 kq) beşinci olub.
Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş turnirin ikinci günü güləşçilərimiz ümumilikdə 3 qızıl və 4 bürünc medala sahib olublar.
Gənc qızların mübarizəsində Raqnetta Qurbanzadə (67 kq) və Şəfəq Muradzadə (48 kq) bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar.
Yunan-Roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (60 kq) və Hacımurad Bağmanov (74 kq) bürünc medal əldə edib.
Sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev (84kq) qızıl medal qazansa da, Mircəlal Həsənzadə (55kq) və Abdulmuslim Muxuddinov (66kq) bürünc medalla kifayətlənib. Ruslan Surxayev (55kq) isə, həlledici görüşdə uduzaraq turniri beşinci sırada tamamlayıb.
İki günün yekunlarına əsasən, güləşçilərimizin hesabında 5 qızıl, 3 gümüş və 4 bürünc medal var. Turnir bu gün başa çatacaq.

(AGF)