19 mart 2014 01:00

Gənc güləşçilərimiz Bolqarıstanda yarışacaq

21-23 mart 2014-cü il tarixdə Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə sərbəst, yunan-roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yarışlarda yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Orxan Məmmədli (66 kq), Hacımurad Bağmanov (74 kq), İslam Abbasov (84 kq), Türmən Eyyubov, Orxan Nuriyev (hər ikisi 96 kq) və Hacımurad Çöpsiyev (120 kq) təmsil edəcək. 

Gənc qızların mübarizəsində Türkan Nəsirov (44 kq), Şəfəq Muradzadə (48 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq) və Raqnetta Qurbanzadə (67 kq) qüvvələrini sınayacaq. Komandaya böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarov rəhbərlik edəcək. 

Böyük məşqçi Arif Abdullayev və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Bolqarıstana 10 sərbəst güləşçi yollanacaq. Heyətdə Arif Hüseynov, Mircəlal Həsənzadə, Ruslan Surxayev, Vurğun Əliyev, Abdulmuslim Muxuddinov, Kənan Əliyev, Nurməhəmməd Hacıyev, Çermen Baqayev, Səid Həmidov və Cahid Həsənzadə yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakimlər Vaqif Cəlilov və Zakir Məmmədov ölkəmizi təmsil edəcək.
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.