15 mart 2014 14:33
AGF I vitse-prezidenti Namiq Əliyev yığma üzvləri ilə görüşüb
Aprelin 1-dən 7-dək Finlandiyanın Vantaa şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, sərbəst, yunan-roma və qadın güləşi üzrə yığma komandalar Avropa çempionatı öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində gündə iki dəfə - səhər və axşam məşqləri olmaqla davam etdirir.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FILA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev Olimpiya Güləş Mərkəzində yığma komandaların üzvləri ilə görüşüb, hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlıq vəziyyəti və sağlamlıqları ilə maraqlanıb.
Xatırladaq ki, Mərakeş, Rumıniya və Bolqarıstan güləşçiləri də yığma komandalarımızla birgə təlim-məşq toplanışında iştirak edir.

(AGF)