6 mart 2014 12:28
AGF I vitse-prezidenti Namiq Əliyev FILA İK iclasında iştirak etdi
İtaliyanın paytaxtı Roma şəhərində FILA (Beynəlxalq Güləş Federasiyası) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev iclasda iştirak edib.
İclasda qarşıdan gələn mötəbər yarışlara - Dünya Kuboku yarışları, Avropa və Dünya çempionatlarına hazırlıq, güləş qaydalarındakı son dəyişikliklər, güləşin populyarlığının daha da artırılması, əhatə dairəsinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.
Məlumat üçün bildirək ki, AGF-nin I vitse-prezidenti Namiq Əliyev 2010-cu ildən FILA İcraiyyə Komitəsinin üzvüdür.

(AGF)