3 mart 2014 16:16

Yeniyetmə güləşçilərin Azərbaycan çempionatı start götürdü

“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionat FILA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyır.
Yeniyetmələrin mübarizəsində ötən ay keçirilmiş zonaların seçim yarışlarında lisenziya qazanmış 1997-1999-cu il təvəllüdlü, gənclərin mübarizəsində isə, klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1994-1996-cı il təvəllüdlü idmançılar iştirak edir. 

Yarışlar hər gün səhər saat 10:00-da başlanır. Təntənəli açılış marasimi martın 3-ü, saat 17:00-da baş tutacaq. 

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Turnirin proqramına əsasən, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58, 63 kq çəki dərəcəsində yeniyetmələr mübarizə aparır. 

Günün birinci yarısında ilkin və təsəlliverici görüşlər keçirilib. 6 çəki dərəcəsində 120 pəhləvanın mübarizəsində artıq finalçılar məlumdur.

42 kq 
FİNAL - Ramal Əhədli (Sumqayıt, TİM) - Zaur Nuriyev (Məhsul İC)
Bürünc medal görüşü - Bəhruz Kərimov (Kürdəmir) - Elşad Məmmədov (Neftçi İSM)
Bürünc medal görüşü - Səid Cahangirzadə (Lənkəran) - Ramil İsrafilov (Cəngi GK)

46 kq
FİNAL - Ədil Sadıqzadə (Zəngilan) - Seymur Hüseynov (Neftçi İSM, Cəngi GK)
Bürünc medal görüşü - Rəşad Abdulov (Sumqayıt, Zenit İC) - Elnur Musayev (6 UGGİM)
Bürünc medal görüşü - Nofəl Babayev (Sumqayıt, Zenit İC) - Rəsul Əsgərov (Pəhləvan İK)

50 kq 
FİNAL - Pərvin Abdullayev (Cəngi GK) - Mikayıl Sarızadə (Beyləqan)
Bürünc medal görüşü - Sahil Nadirli (Məhsul İC) - Məhəmmədəli Həsənov (Zenit İC)
Bürünc medal görüşü - Hüseyn Seyfullayev (Cəlilabad) - Kənan Cəfərov (Neftçi İSM)

54 kq 
FİNAL - Elsevər Əhədli (Sumqayıt, TİM) - Kənan Vəliyev (Gəncə, Cəngi GK)
Bürünc medal görüşü - Ağamir Cabbarzadə (Lənkəran) - Nurlan Məmmədli (MOİK)
Bürünc medal görüşü - Namaz Rüstəmov (Şəmkir OİK) - Kamran Mirzəyev (Neftçi İSM)

58 kq 
FİNAL - İsrafil Yaqubzadə (Şirvan, Neftçi İSM) - Rüstəm İsayev (ROİL) 
Bürünc medal görüşü - Əli Şitiyev (Balakən) - Rafiq Davudov (Məhsul İC)
Bürünc medal görüşü - Murad Allahverdiyev (DİN İC) - Zamir Əliyev (Gəncə TİM)

63 kq 
FİNAL - Ceyhun Elçiyev (Həyat GK) - Ülvi Qənizadə (Neftçi İSM)
Bürünc medal görüşü - Mirdamət İsmayılzadə (Lənkəran) - Azər Hüseynov (Zəngilan)
Bürünc medal görüşü - Rasim Qazaxov (Balakən) - Arif Niftullayev (Neftçi İSM)
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.