2 mart 2014 22:33
Rafiq Hüseynov Macarıstandan bürünc medal gətirdi
Macarıstanın Szombatxel şəhərində yunan-roma güləşi üzrə böyüklər arasında Qızıl Qran-Pri beynəlxalq turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə yunan-roma güləşi üzrə yığma komandamızın 3 üzvü mübarizə aparıb.
Güləşçilərimizdən yalnız Rafiq Hüseynov (80 kq) medalçılar sırasında yer alıb. Turnirin ikinci günündə mübarizəyə qoşulan Rafiq Hüseynov bürünc medal qazanıb.
Turnirin ilk günündə mübarizə aparan Taleh Məmmədov (66 kq) və Sabah Şəriəti (130 kq) medal qazana bilməsələr də ilk onluqda yer alıb. Taleh Məmmədov 8-ci, Sabah Şəriəti isə 7-ci yerdə qərarlaşıb.

(AGF)