2 mart 2014 22:22

Klippan turnirdən iki qızıl medal

İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, qadın güləşi üzrə yığma komandamızın 4 üzvünün iştirak etdiyi turnirdə güləşçilərimiz 2 qızıl medal qazanıb. 

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edib.

48 kq-da mübarizə aparan Olimpiya mükafatçımız ardıcıl olaraq ABŞ, Norveç, Bolqarıstan güləşçilərini üstələyib. Yarımfinalda daha bir ABŞ təmsilçisini mübarizədən kənarlaşdıran Mariya Stadnikin finalda rəqibi daha bir ABŞ güləşçisi olub. Mariya Stadnik rəqibini böyük hesabla (11:0) məğlub edərək, turnirin qızıl medalını qazanıb. Qeyd edək ki, 48 kq çəki dərəcəsində 31 güləşçi mübarizə aparıb. 

60 kq çəki dərəcəsində Yuliya Ratkeviç ilk görüşündə ABŞ güləşçisi Batermanı üstələyib. Daha sonra Tunis və yarımfinalda  İsveçdən Matson üzərində qələbə güləşçimizi finala yüksəldib. Final görüşündə Yuliya kanadalı Fazzaridən də üstün olub və qızıl medala sahib olub.  

Patimat Baqomedova (53 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsə də, bu fürsəti dəyərləndirə bilməyib.  

Ən ağır çəkidə yarışan Səbirə Əliyeva (75 kq) isə zədələndiyindən mübarizəni davam etdirə bilməyib. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edib.

(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.