27 fevral 2014 15:22

Yeniyetmə və gənclərin Azərbaycan çempionatı keçiriləcək

Martın 3-dən 7-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd, ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Çempionat FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yeniyetmələrin mübarizəsində ötən ay keçirilmiş zonaların seçim yarışlarında lisenziya qazanmış 1997-1999-cu il təvəllüdlü, gənclərin mübarizəsində isə, klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1994-1996-cı il təvəllüdlü idmançılar iştirak edəcək. 

Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış marasimi martın 3-ü, saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.
Turnirin proqramına əsasən, martın 3-5-də yeniyetmə, martın 6-7-də isə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək. 

Proqram
Bazar / 02.03.2014   
14:00-15:00    Hakimlərin iclası 
15:00-16:00    Texniki konfrans
16:00-16:30    Yunan-Roma güləşi üzrə çəki: 42, 46, 50, 54, 58, 63 kq

Bazar ertəsi /  03.03.2014 
10:00-15:30    Yunan-Roma güləşi  ilkin və təsəlliverici görüşlər:  42,46,50,54,58,63 kq
15:30-16:00    Yunan-Roma güləşi üzrə çəki: 69, 76, 85, 100 kq
                      Sərbəst güləş üzrə çəki: 42, 46, 50, kq
17:00-17:30    Təntənəli acılış mərasimi
17:30-19:30    Yunan-Roma güləşi Final görüşləri: 42, 46, 50, 54, 58, 63 kq

Cərşənbə axşamı / 04.03.2014
10:00-15:30    Sərbəst güləş üzrə ilkin və təsəlliverici görüşlər: 42,46,50 kq
                      Yunan-Roma güləşi üzrə ilkin və təsəlliverici görüşlər: 69, 76, 85, 100 kq
15:30-16:00    Sərbəst güləş üzrə çəki: 54, 58, 63, 69, 76, 85, 100 kq
17:00-19:00    Sərbəst güləş üzrə  Final görüşləri: 42, 46, 50, kq
                      Yunan-Roma güləşi üzrə Final görüşləri: 69, 76, 85, 100 kq

Cərşənbə  / 05.03.2014
10:00-15:30    Sərbəst güləş üzrə ilkin və təsəlliverici görüşlər: 54,  58, 63, 69, 76, 85, 100kq
15:30-16:00    Yunan-Roma güləşi üzrə gənclərin cəkisi: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
17:00-19:00    Sərbəst güləş üzrə Final görüşləri : 54, 58, 63, 69, 76, 85, 100 kq

Cümə axşamı / 06.03.2014 
10:00-15:30    Yunan-Roma güləşi üzrə ilkin və təsəlliverici görüşlər: 50,55, 60,66, 74, 84, 96, 120 kq
15:30-16:00    Sərbəst güləş üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
17:00-19:00    Yunan-Roma güləşi üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq

Cümə / 07.03.2014    
10:00-15:00    Sərbəst güləş üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
16:00-18:00    Sərbəst güləş üzrə  Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.