26 fevral 2014 13:55
Qadın güləşçilərimiz İsveçi fəth etməyə yollanacaq
1-2 mart 2014-cü il tarixdə İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, qadın güləşi üzrə yığma komandamızın 4 üzvü turnirdə iştirak edəcək.
Kiyevdə Ukrayna yığma komandası ilə təlim-məşq toplanışını bu gün tamamlayacaq güləşçilərimiz sabah İsveçə yola düşəcək. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edəcək.

(AGF)