25 fevral 2014 17:00

Həyat GK yunan-roma güləşi yarışlarının qalibi oldu

Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-roma güləşi üzrə azyaşlı yeniyetmələr (2000-2001-ci il təvəllüdlü) arasında “Gənc Olimpiyaçılar” Kuboku yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır. 

Bu gün yunan-roma güləşi üzrə yarışlar keçirilib. Yarışda 6 komanda iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıb.
“A” yarımqrupu:
Həyat GK
- Bakı GK 8:1
Həyat GK - Hövsan GK 6:3
Bakı GK - Hövsan GK 1:7
Nəticə:
1. Həyat GK
2. Hövsan GK
3. Bakı GK
“B” yarımqrupu:
Pirallahı GK - Cəngi GK 3:7
Pirallahı GK - X. Cəfərov GK 2:8
Cəngi GK - X. Cəfərov GK 6:4
Nəticə:
1. Cəngi GK
2. X. Cəfərov GK
3. Pirallahı GK
Final:
Həyat GK
- Cəngi GK 5*:5 (22-20)
3-4-cü yer uğrunda:
Hövsan GK - X. Cəfərov GK 3:6
5-6-cı yer uğrunda:
Bakı GK
 - Pirallahı GK 6:4
Yekun:
1. Həyat GK
2. Cəngi GK
3. X.Cəfərov GK
4. Hövsan GK
5. Bakı GK
6. Pirallahı GK
Yunan-roma güləşi yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 5-6-cı yer uğrunda Bakı GK və Pirallahı GK, 3-4-cü yer uğrunda X. Cəfərov GK və Hövsan GK, finalda isə Həyat GK və Cəngi GK qarşılaşıb. Yekunda yunan-Roma güləşi üzrə “Gənc Olimpiyaçılar” Kuboku yarışlarının qalibi Həyat Güləş Klubu olub. Cəngi GK ikinci, Xosrov Cəfərov GK isə üçüncü yeri tutub.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.