24 fevral 2014 00:22

Güləşçilərimiz Bolqarıstanda 5 qızıl və 2 bürünc medal qazanıb

Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamız üzvləri turniri 5 qızıl və 2 bürünc medalla tamamlayıb.  

Turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb. 

74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb. 

Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub. 

86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar. Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşadan iki və finalda Türkiyə güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov isə, Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisinin kürəyini yerə vurub. 

57 kq-da mübarizə aparan Ruslan Surxayev isə, bürünc medala sahib olub, həlledici görüşdə güləşçimiz Yaponiyalı rəqibindən üstün olub. 

Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayır. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) turnirin son günündə xalça üzərinə çıxıb. Hər iki güləşçimiz inamla güləşərək finala vəsiqə qazanıb. Final görüşlərini də qələbə ilə tamamlayan Ruslan və Şərif turnirin qızıl medalını qazanıb. 

Olimpiya və Dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılıb. 

Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.