24 fevral 2014 14:33
Yunan-roma güləşçilərimiz Macarıstan Qran-Prisində çıxış edəcək
1-2 mart 2014-cü il tarixdə Macarıstanın Szombatxel şəhərində yunan-roma güləşi üzrə böyüklər arasında Qızıl Qran-Pri beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə yunan-roma güləşi üzrə yığma komandamızın 3 üzvünün iştirakı nəzərdə tutulub.
Ölkəmizi Məşqçi Ayoub Azmoudehin rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.
(AGF)
