23 fevral 2014 12:16
Yığmamızdan iki günə 3 qızıl, 2 bürünc medal
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız turnirdə iştirak edir. Yığma komandamız turnirin iki günündə 3 qızıl və 2 bürünc medal qazanıb.
Turnirin ilk günündə yığma komandamızın üzvlərindən Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb.
74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb.
Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub.
86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar. Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşadan iki və finalda Türkiyə güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov isə, Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisinin kürəyini yerə vurub.
57 kq-da mübarizə aparan Ruslan Surxayev isə, bürünc medala sahib olub, həlledici görüşdə güləşçimiz Yaponiyalı rəqibindən üstün olub.
Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayır. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) turnirin son günündə xalça üzərinə çıxıb.
97 kq-da mübarizə aparan Şərif Şərifov ilk görüşündə Polşalı rəqibini tam üstünlüklə (11:0) məğlub edib.
Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparır.
Heyətdə Ruslan Surxayev (57 kq), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edir.