14 fevral 2014 12:33
Yeniyetmə pəhləvanlarımız Moskvanı fəth etməyə yollanacaq
18-20 fevral 2014-cü il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Mixayloviç Qureviçin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcək.
Yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 10 güləşçimizin Moskvaya yollanması planlaşdırılır. Heyətdə Nofəl Babayev (42 kq), Pərvin Abdullayev (46 kq), Elgün Hüseynzadə (50 kq), Bəxtiyar Muradov (54 kq), İsrafil Yaqubzadə (58 kq), Arif Niftullayev (63 kq), Orxan Hümbətov (69 kq), Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yer alacaq.