7 fevral 2014 14:22
Qadın güləşçilərimiz Paris Qran-Prisində gücünü sınayacaq
8-9 fevral 2014-cü il tarixdə Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran-Pri beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edəcək.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında üç güləşçimiz Fransaya yollanıb. Heyətdə Mariya Stadnik, Yuliya Ratkeviç və Səbirə Əliyeva yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov iştirak edəcək.

(AGF)